ƏRQƏM İBN ƏBU ƏRQƏM

(53/673-cü ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin yaxın səhabəsi olmuşdur. Məkkənin ən varlı və nüfuzlu qəbiləsindən olan məhzumilərdən idi. Ərqəm bütün həyatı boyu ədalət tərəfdarı olmuşdur. O, hər zaman məzlumları və yoxsulları müdafiə etmişdir. O, ədalətin bərqərar olması üçün toplaşan insanların Hilfül-Füdul adlanan yığıncağına qatılmışdır. Ərqəm dərin imanı və tərkidünyalığı ilə seçilmişdir. Onun qohumları İslama qarşı olmuşdurlar. O isə 17-18 yaşlarında ikən İslamı ilk qəbul edənlərdən olmuşdur. Onun Məkkədəki Səfa təpəsindən qərbə doğru baxan evində müsəlmanların ilk yığıncaqları keçirilirdi. Müsəlmanlar bu evə gəlmiş, Quran oxumuş, birlikdə ibadətlər etmişdirlər. Məhəmməd peyğəmbər də bu evə köçüb bir müddət burada yaşamışdır. Təqib olunan dövrlərdə müsəlmanların toplantı yerləri Ərqəmin evi olmuşdur. Burada onlar problemlərini bölüşür, Məhəmməd peyğəmbərlə görüşüb birlikdə Allaha ibadət edirdilər. Bu evdə Ömər, Həmzə, Əmmar və başqa görkəmli şəxslər İslamı qəbul etmişdirlər. Məkkədə təqiblər dözülməz hala gəldikdə isə Ərqəm Mədinəyə hicrət etmiş ilk müsəlmanlardan biri olmuşdur. Mədinədə müsəlman icmasının güclənməsi üçün əlindən gələni edən Ərqəm Bədr, Uhud, Xəndək və başqa döyüşlərdə igidcəsinə döyüşmüşdür. O, savadlı insan idi. Ona görə də, Məhəmməd peyğəmbərin katibi olmuşdur. Allahın nazil etdiyi Quran ayələrini yazırdı. Ərqəm Mədinədə təxminən 83 yaşında vəfat etmişdir.
ƏRİM
ƏRŞ
OBASTAN VİKİ
Cəfər ibn Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Muaviyə ibn Əbu Süfyan
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Məhəmməd ibn Əbu Bəkr
Məhəmməd ibn Əbu Bəkr (631, Mədinə – 658, ərəb. محمد بن أبي بكر‎) — Xəlifə Əbu Bəkr əs-Siddiqin və Əsma binti Umeysin oğlu. Xəlifə Əlinin Misirdəki naibi. Əbu Bəkrin vəfatından sonra dul qalmış həyat yoldaşı, Məhəmmədin anası Əsma binti Umeys Əli ibn Əbu Taliblə evlənir. Əli sonralar onun ən sadiq tərəfdarlarından birinə çevrilən Məhəmməd ibn Əbu Bəkri oğlu kimi böyüdür. Məhəmmədin Qasım adlı oğlu var idi. Qasımın həyat yoldaşı Əsma Əbu Bəkrin digər oğlu Əbdürrəhmanın qızı idi. Qasım və Əsmənin Fatimə (Ummu Fərvə) adlı bir qızı doğulmuşdu. Məhəmməd ibn Əbu Bəkr Misirdə xeyli vaxt keçirir və Misir hakimi İbn Əbu Sərhin fəaliyyətindən üçüncü xəlifə Osman ibn Əffana şikayət edən bir heyətin tərkibində idi. Xəlifə Misir valisini dərhal işdən çıxaracağını və onun yerinə Məhəmməd ibn Əbu Bəkri təyin edəcəyini vəd edir.
Məhəmməd ibn Əbu Sac
Əbu Übeydullah Məhəmməd ibn Əbu Sac — Əbu Sac Divdadin oğlu, sərkərdə. 879-cu ildə Əmr ibn Leysin xidmətində Məkkə səfiri olaraq fəaliyyətə başlamışdı. Daha sonraları Ənbar və Rəhba şəhərlərinin valiliyinə gətirilmişdir. 884-cü ildə Əhməd ibn Tulunun ölümündən sonra İshaq ibn Kundac əl-Xəzəri ilə ittifaqa girərək oğlu Xumaraveyxə qarşı döyüşsə də məğlub oldu və daha sonra Xumaraveyxin tərəfinə keçərək 1 il Mosul vilayətini əlində saxladı. 889-cu ildə İshaq tərəfindən məğlub edilərək Bağdada qaçdı və həmin il əl-Müvəffəq tərəfindən Azərbaycana vali olaraq göndərildi. Azərbaycana gələn kimi ilk işi Marağada üsyan edən Abdullah Həmdaninin üsyanını yatırmaq oldu. 893-cü ilin mayında ona yalandan bağışlanmaq vəd verib edam etdirən Məhəmməd Marağanı öz paytaxtı etdi. Lakin əsasən Bərdədə otururdu. 885-ci xəlifə əl-Mötəmid bölgəyə Bizans işğalından qorunmaq üçün Baqratuni sülaləsindən I Aşotu hökmdar kimi təyin etmişdi. Onun ölümündən sonra taxta oğlu I Smbat (Baqratuni) çıxmışdı.
Səd ibn Əbu Vəqqas
Səd ibn Əbu Vəqqas (ərəb. سعد بن أبي وقاص‎; 595, Məkkə – təq. 674 və ya 675, Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi, ilk iman gətirənlərdən biri. İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, Behişt müjdəsi verilən on nəfərdən biridir. Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir. İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar.
Yusif ibn Əbu Sac
Yusif ibn Əbu Sac Divdad (İran – 928, Kufə) — bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid müstəqil dövlət çərçivəsində birləşdirən ilk hökmdar. Əbu Sac Divdadın oğlu idi. Hakimiyyətə 901-ci ildə qardaşı oğlu Divdad ibn Məhəmmədi devirərək gəlmişdir. Marağanın divarlarını sökdürərək paytaxtı Ərdəbilə köçürən Yusif, I Smbatın xilafətin birbaşa vassalı olma təklifini eşitdi və onu hüzuruna çağırdı, lakin Smbat bundan imtina etdi. Bir neçə döyüşdən sonra 903-cü ildə Smbat onun vassalı olmağı qəbul etdi. 908-ci ildə xilafətlə arası pozulan Yusif xəlifənin Smbatla aranı yaxşılaşdırmasına qəzəblənərək, digər erməni hakimi Vaspurakan hakimi I Gagiklə birlikdə Naxçıvan və Süniki ələ keçirdi. 910-cu ildə Smbatın oğulları gələcək hökmdar II Aşot və qardaşı Muşel Baqratuninin komandanlıq etdiyi orduları ağır məğlubiyyətə uğradaraq hər iki oğlunu əsir aldı. Muşel zəhər içirilərək edam olundu. 913-cü ildə Yusif Smbatı qalalardan birində tələyə salaraq təslim olmağa məcbur etdi və 1 il həbsdə saxladı. Bu arada Smbatın oğlu Aşot Əlincə qalasını ələ keçirmiş və orda müdafiə olunmağa başlamışdı.
Zuheyr ibn Əbu Sulmə
Züheyr ibn Əbu Sülmə (520–609) — ərəb şairi. Züheyr ibn Əbu Sülmə şairlər nəslinə mənsubdur. Onun babası, atası, dayısı və övladları da şair olmuşlar. Şair təxminən 530-cu ildə Nəcddə anadan olmuşdur. O, Mudari tayfasının Muzayna qəbiləsindən idi. Şairin atası Rəbiə öz tayfasını buraxmış və Qatafan tayfasına getmişdir. Burada Umm Amru adlı qızla evləndikdən sonra bu tayfa ilə qohumluq əlaqələri ilə bağlandığından tayfanı tərk etməmişdir. Burada onların Qatafan tayfasında böyüyüb tərbiyə alacağı övladları Züheyr dünyaya gəlmişdir. Tayfa nümayəndələri arasında Züheyrin dayısı olan iflic olmuş müdrik Bəşamə adlı bir qoca da var idi. Züheyr Bəşamədən ayrılmır, ona qulluq edir, ondan həyatın müxtəlif cəhətləri, eyni zamanda şer sənətinin incəliklərini öyrənirdi.
İkrimə ibn Əbu Cəhl
İkrimə ibn Əbu Cəhl (ərəb. عكرمة بن أبي جهل‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Əbu Cəhlin oğlu olaraq İkrimə Məkkədə Məhəmməd peyğəmbərin əsas əleyhdarlarından biri idi. 630-cu ildə Məhəmmədin Məkkəni fəth etməsindən sonra İkrimə İslamı qəbul edir və gənc müsəlman dövlətinin görkəmli simalarından biri olur. Mürtədlərlə döyüşlər zamanı Əbu Bəkr İkriməni yalançı peyğəmbər Müseylimə əleyhinə Yəmamə göndərir. 636-cı ildə Yərmuq döyüşündə Suriyanın fəthi zamanı vəfat etmişdir. İkrimə Məhəmməd peyğəmbərin barışmaz rəqibi Əbu Cəhlin oğlu idi. İkrimə peyğəmbərliyin ilk illərində atası ilə birlikdə Məhəmməd peyğəmbəri və Məkkə müsəlmanlarını təhqir edir, məsxərəyə qoyurdu. Bədr döyüşündə Əbu Cəhlin ölümündən sonra İkrimə düşmənçiliyi qisas xarakteri alır. O, Məhəmmədə və onun tərəfdarlarına zərər vermək üçün bütün səylərini cəm edir. İkrimə Məkkənin fəthi günü bir dəstə Məkkəli ilə Xalid ibn Vəlidin ordusuna qarşı vuruşur, lakin məğlub olur.
Əbu Bəkr ibn Həsən
Əbu Bəkr ibn Həsən ibn Əli (ərəb. أبي بكر ابن حسن ابن علي ‎)‏‎ İmam Həsənin oğlu, Kərbəla şəhidi. Kərbəla hadisəsində vəfat etmişdir.
Əbu Bəkr ibn Ömər
Əbu Bəkr ibn Ömər (ərəb. أبو بكر بن عمر‎; doğum tarixi məllum deyil — vəfat tarixi 1087) — ləmtunlar adlı bərbərlər tayfasının rəhbəri. Əlmürabilər ittifaqının qurucusu Abdullah ibn Yasinin silahdaşı. Qardaşı Yəhyanın 1056-cı ildə vəfatından sonra Əlmürabilər ittifaqının hərbi rəhbəri oldu. Abdullah ibn Yasinin vəfatından sonra (1058-ci və ya 1059-cu il) Böyük Səhrada qalmış Əlmürabilər tayfaları arasında sürtətlə açıq müharibəyə çevrilən mübahisələr yarandı. Məğribdə olan Əbu Bəkr nizamın bərpası üçün Saxaraya tələsməyə məcbur idi. Həyat yoldaşı Zeynəb ən Nafzaviyanın təsiri altında Əbu Bəkr Əlmürabilər ittifaqının hərbi rəhbəri vəzifəsinə Yusif ibn Taşfini təyin etdi. Əbu Bəkr Səhra və Seneqal bərbərlərinin arasında nizamı tez bərpa etməyi bacardı və bundan sonra öz diqqətini Sudanın zəncilərinə yönəltdi. Sudan müharibəsindən sonra Əbu Bəkr Məğribə qayıtdı (1071—1072-ci illər), amma Əlmürabilərin Yusifin hökümdarlığı altında nə qədər güclənməsini görəndən sonra, qərar verdi ki Yusif taxta ondan daha layiqdir və hakimiyyətdən özü əl çəkərək Afrika tayfalarına İslam dinini yaymaq məqsədi ilə Səhraya qayıtdı və 1087-ci ildə vəfatına qədər burada yaşadı.
Əbu Bəkr ibn Əli
Əbu Bəkr ibn Əli (ərəb. أبو بكر بن علي‎) — Əli ibn Əbu Talib və Leyla binti Məsudun oğludur. O, Kərbəla döyüşündə şəhid olan Hüseynin səhabələrindən olmuşdur. Əbu Bəkr ibn Əlinin Aşura günü qardaşı Hüseyn ibn Əliyə dəstək olmaq üçün döyüş meydanında vuruşan Əli ibn Əbi Talibin övladlarından birincisi olduğu deyilir. Onun təxəllüsü Əbu Bəkr olmuşdur. Sünni alimi İbn Quteybəyə görə onun anası Məsud ən-Nəxşəlinin qızı Leyla, atası isə Əli ibn Əbu Talibdir. Əbu Bəkr ibn Əli Kərbəla döyüşündə şəhid olmuşdur. Məhəmməd əl-Baqirdən bir hədis var ki, ona görə də Həmdan qəbiləsindən bir nəfər onu şəhid etmişdir. Bəzi mənbələrə görə, onun qəbri İmam Hüseynin dəfn olunduğu yerin yaxınlığındakı Həşimid şəhidlərinin toplu məzarında yerləşir.
Əbu Mənsur ibn Yezid
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu. Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi. Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər.
Əbu Mərvan ibn Zühr
Əbu Mərvan ibn Zühr (ərəb. ابن زهر‎; d. 1091 – ö. 1161) — İslam dünyasında İbn Zühr, Qərbdə isə Avenzoar adıyla tanınan Əbdülməlik ibn Əbil-Ala Zühr (ləqəbi "Əbu Mərvan") Əndəlüsdə yetişən məşhur tibb alimi. O, İslamın qızıl dövrünün ən böyük həkimlərindən olmuşdur. Qərbdə "father of the experimental medicine" (azərb. təcrübi tibbin atası, qurucusu‎) kimi tanınmışdır. İbn Zühr dövrünün digər müsəlman alimlərindən fərqli olaraq, yalnız tibb sahəsində əsər yazmışdır. Həmin kitablar latın və ibrani dillərinə tərcümə edilərək XVIII əsrədək istər Şərqdə, istərsə də Qərbdə önəmli yerə sahib olmuşdur. İbn Zühr kiçik yaşlarında elm öyrənməyə başlamış, fiqh, ədəbiyyat və dini elmləri mənimsəmişdir.
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.
Əbu Əli ibn Sina
İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış və Avropada qeyd olunan adı – Avisenna; 980[…], Afşona[d], Mavəraünnəhr, Samanilər dövləti – 18 iyun 1037, Həmədan, Kakaveyhilər sülaləsi) — Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri. Fars əsilli olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. İbn Sina (Avisenna) Buxara şəhərində özbək ailəsində doğulmuşdur. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmirin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin.
Əli ibn Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əqil ibn Əbu Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79 Onun övladı yox idi. 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi. Onu bir daha görmədilər və cəsədi tapılmadı.
Hənzələ ibn Əbu Amir
Hənzələ ibn Əbu Amir (v. 23 mart 625, ərəb. ﺣﻨﻈﻠـة ﺍﺑﻦ ﺍﺑﻲ ﻋﺎﻣﺮ‎) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri. Ənsarın Bənu Övs qəbiləsindən idi. Onun atası Əbu Amirin xristian olduğu deyilirdi. Hənzələ Uhud döyüşündə müşriklərlə vuruşarkən həlak olanda cəmi 24 yaşında idi. Hənzələ piyada olduğu üçün Əbu Süfyan ibn Hərbin atına hücum edir. Bununla belə Əbu Süfyan ibn Hərb Şəddad ibn Əsvəd tərəfindən döyüşdə şəhid edilir. Hənzələ ilk toy gecəsində Abdullah ibn Üveyin qızı, həyat yoldaşı Cəmilədən ayrılaraq Cihadın çağırışına cavab vermək üçün döyüş meydanına getmişdir. Bu zaman cunub olmasına baxmayaraq qüsl almağa vaxtı olmamışdır.
Müsənnəf İbn Əbu Şeyba
Müsənnəf İbn Əbu Şeyba (ərəb. مصنف ابن أبي شيبة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis İbn Əbu Şeyba tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitab əl-Müsnəd kimi də tanınır. Mərfa və məukuf hədislərini ehtiva edir. Məcmuənin ən uzun bölməsi İmam Əbu Hənifənin təkzibi fəslidir (Məhəmməd Zahid əl-Kövsəri öz kitablarında bu iddiaları təkzib etmişdir). Müsənnəf bir çox əlyazmalarda mövcuddur. Həmçinin bir neçə müasir nəşri var, məsələn: Hindistanın "Əd-Dar əs-Sələfiyə əl-Hindiyə əl-Kadima" nəşriyyatından, Dar əl-Kiblə nəşriyyatından. Müsannafın bəzi hissələri Multanda çap edilmişdir. Şərh Şeyx Səad əl-Şəsri tərəfindən Musannaf üçün buraxılmışdır. Müsənnəf məğribdə və müsəlman İspaniyasında böyük uğur qazanır, burada Baqi ibn Məhlyad Şərqdən qayıdarkən ona şərhini verir, bu da Kordoba müftisi Aşbaq ibn Xəlilin qəzəbinə səbəb olur.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Əbu
Əbu Dücanə
Yusif ibn Əbu Sac Divdad
Yusif ibn Əbu Sac Divdad (İran – 928, Kufə) — bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid müstəqil dövlət çərçivəsində birləşdirən ilk hökmdar. Əbu Sac Divdadın oğlu idi. Hakimiyyətə 901-ci ildə qardaşı oğlu Divdad ibn Məhəmmədi devirərək gəlmişdir. Marağanın divarlarını sökdürərək paytaxtı Ərdəbilə köçürən Yusif, I Smbatın xilafətin birbaşa vassalı olma təklifini eşitdi və onu hüzuruna çağırdı, lakin Smbat bundan imtina etdi. Bir neçə döyüşdən sonra 903-cü ildə Smbat onun vassalı olmağı qəbul etdi. 908-ci ildə xilafətlə arası pozulan Yusif xəlifənin Smbatla aranı yaxşılaşdırmasına qəzəblənərək, digər erməni hakimi Vaspurakan hakimi I Gagiklə birlikdə Naxçıvan və Süniki ələ keçirdi. 910-cu ildə Smbatın oğulları gələcək hökmdar II Aşot və qardaşı Muşel Baqratuninin komandanlıq etdiyi orduları ağır məğlubiyyətə uğradaraq hər iki oğlunu əsir aldı. Muşel zəhər içirilərək edam olundu. 913-cü ildə Yusif Smbatı qalalardan birində tələyə salaraq təslim olmağa məcbur etdi və 1 il həbsdə saxladı. Bu arada Smbatın oğlu Aşot Əlincə qalasını ələ keçirmiş və orda müdafiə olunmağa başlamışdı.
Əbu Abdullah Ömər ibn Şüeyb
Əbu Abdullah II Ömər ibn Şüayb Bəlluti, həmçinin Bizans mənbələrində Babdel (yun. Βαβδέλ) — təqribən 880–895-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. Numizmatik sübutların köməyi ilə Corc C. Maylz araşdırmalarından sonra onun ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi olduğu müəyyən edilmişdir. Onun atası Şüeybdən sonra hakimiyyətə gəldiyi, təxminən 880-ci ildən 895-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta qardaşı Məhəmməd ibn Şüeyb Zərkun keçmişdir. Buna baxmayaraq, Məhəmməddən sonra Əbu Abdullahın iki oğlu, müvafiq olaraq Yusif (910–915) və Əhməd (925–940) taxta keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch.